ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Larri Conson deyib ki, Tramp qısa müddətdə Ukraynadakı münaqişəyə son qoya bilərdi.
Medialive Qərb mediasına istinadən xəbər verir ki, Conson Trampın buna bacarığı olduğunu qeyd edib.
“Bacarığı təbii ki, var. Amma iradəsi varmı? Bilmirəm”.
“O, Ukraynadakı münaqişəni dərhal dayandıra bilərdi: onun etməli olduğu yeganə şey təchizatı dayandırmaq, kəşfiyyat məlumatlarına çıxışı kəsmək və Amerika qoşunlarını və Ukraynanın kəşfiyyatçılarını Ukrayna ərazisindən çıxarmaq idi. davam edə bilməzdi,” – deyə ekspert vurğulayıb.
Onun fikrincə, Tramp İsrailə bütün hərbi dəstəyi dayandırsaydı, müharibə, Qəzzada bu soyqırım bitəcəkdi:
“Əvəzində o, hər iki tərəfi effektiv şəkildə dəstəkləməyə davam etdi. Bilirsiniz, söz başqa, hərəkət başqadır. Düşünürəm ki, ruslar Trampın çıxışlarını dinləməkdə, xüsusən də şəxsi görüşlərdə böyük səbir nümayiş etdirdilər”, – o qeyd edib.




















