Türkiyədə gün ərzində qeydə alınan zəlzələlər seriyasına daha biri əlavə olunub.
Medialive.az xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 14:24-də Mərmərə dənizində, Yalova sahilləri yaxınlığında 3,2 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ Yalova və ətraf yaşayış məntəqələrində qısa müddətli narahatlığa səbəb olub.
Qeyd edək ki, gün ərzində Türkiyənin müxtəlif bölgələrində, o cümlədən Adıyaman və Kayseridə də yeraltı təkanlar qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.
