Xəbər verdiyimiz kimi, Türkiyədə 371 hakimin mərc hesabı olduğu və onlardan 152-nin aktiv mərc oynadığı üzə çıxıb.
Medialive xəbər verir ki, bunu TFF Prezidenti İbrahim Hacıosmanoğlu açıqlayıb.
Bəs, mərclə məşğul olan həmin hakimləri hansı cəza tədbirləri gözləyir?
TFF İntizam Komitəsinin 57-ci maddəsinə əsasən, futbol matçlarına birbaşa və ya dolayısı ilə mərc edən şəxslər 3 aydan 1 ilədək cəza və ya hakimlik hüququndan məhrum edilirlər.
Eyni hərəkəti təkrarlayan və ya yüksək məbləğdə mərc edənlər üçün cərimələrin daha yüksək olacağı gözlənilir.




















