FİFA nişanlı türk hakim Halil Umut Meler, Əl-Əhli ilə Zamalek komandalarının qarşılaşdığı Misir Super Kuboku Finalını idarə edib.
Medialive.az xəbər verir ki, Meler, Misir Futbol Federasiyasının xüsusi dəvəti ilə Əl-Əhli ilə Zamalek arasında keçirilən 2025-ci il Misir Super Kuboku Finalını idarə edib.
Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Məhəmməd bin Zayed Stadionunda Super Kubok finalına vəsiqə qazanan Əl-Əhli ilə Zamalek arasında keçirilən matçda Melerə Ceyhun Sesigüzel və Abdullah Bora Özkara kömək edib.




















