Sızrandakı neft emalı zavodu dekabrın 5-də Ukraynanın pilotsuz təyyarəsinin hücumu nəticəsində neft emalını dayandırıb.
Medialive xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Belə ki, pilotsuz təyyarələr CDU-6 xam neft emalı bölməsini vurub. Bu, avqust ayında artıq dronların hücumuna məruz qalmış və iki həftə təmir tələb edən əsas avadanlıqdır.
Mühəndislər bildirirlər ki, təmir təxminən bir ay çəkə bilər.
Qeyd edək ki, Sızrandakı neft emalı zavodunun sahibi Rosneft şirkətidir.




















