“Ukrayna üçün hazırda aparılan danışıqlar sülh sazişini reallaşdırmazsa, ABŞ Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır”.
Medialive xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlər bu həftənin əvvəlində elan edilə bilər.
Mənbələr bildirib ki, Vaşinqton Rusiya neftinin daşınmasında iştirak etdiyi iddia edilən kölgə donanmasına, eləcə də ABŞ-nin fikrincə, Rusiya enerji ehtiyatları ilə bağlı əməliyyatları asanlaşdıran treyderlərə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
ABŞ Maliyyə Naziri Skott Bessent əvvəllər Aİ nümayəndələri ilə Rusiya əleyhinə sanksiyaları müzakirə edib. Lakin mənbələr son qərarın Trampa aid olduğunu vurğulayıblar.
Qeyd edək ki, 14-15 dekabrda Amerika və Ukrayna nümayəndə heyətləri Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Berlində görüşüblər. 14 dekabrda danışıqlar təxminən beş saat, 15 dekabrda isə təxminən iki saat davam edib. Bazar ertəsi bir sıra Avropa liderləri, eləcə də Avropa Komissiyasının prezidenti və NATO-nun baş katibi danışıqların gedişatını müzakirə ediblər.




















