Amerikanın Ukraynadakı müharibəni bitirmək üçün planında ən problemli məsələlərdən biri Kiyevin ölkə konstitusiyasında təsbit olunmuş NATO istəklərindən rəsmən imtina etməsi olub.
Medialive CNN-ə istinadən xəbər verir ki, Floridada keçirilən görüşdə Ukrayna və ABŞ nümayəndələri qadağanın Kiyevin iştirakı olmadan birbaşa NATO-ya üzv ölkələr və Moskva arasında razılaşdırılacağı mümkün ssenarini müzakirə ediblər.
“Ukrayna rəsmi olaraq bu istəkdən əl çəkməyə məcbur edilməyəcək”, – deyə CNN mənbəsi bildirib.
“Əgər ABŞ-nin Rusiya ilə hər hansı ikitərəfli sazişləri varsa və ya Rusiya çoxtərəfli əsasda NATO-dan müəyyən zəmanətlər almaq istəyirsə, bu, Ukraynanın qərarların qəbulu prosesində iştirak edəcəyi demək deyil”, – mənbə əlavə edib.
Televiziya şirkətinin mənbəsi vurğulayıb ki, son dərəcə incə kompromis nə olacağı ilə bağlı yekun qərar hələ qəbul edilməyib və son nəticədə Ukrayna prezidenti ilə razılaşdırılmalıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-Ukrayna danışıqları davam etdikcə və ABŞ prezidentinin elçisi Stiv Vitkoffun Moskvaya səfəri ərəfəsində Kiyevin qırmızı xətlərindən yan keçmək üçün kreativ həll yolları araşdırılır – CNN şərh edib.
Digər qırmızı xətt Kremlin Donbasın bütün ərazisini vermək tələbidir. Danışıqlarla birbaşa tanış olan mənbə televiziyaya bildirib ki, bu məsələ ilə bağlı müzakirələr davam edir.




















