Yanvarın 4-ü axşam saatlarında Ukrayna Lipetsk bölgəsinə dron hücumu həyata keçirib.
Medialive xəbər verir ki, bu barədə Lipetsk qubernatoru İqor Artamonov məlumat yayıb.
Dronlardan birinin qalıqları Yelets şəhərinin sənaye zonasına düşüb və yanğına səbəb olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 20:00-dan 23:00-dək hava hücumundan müdafiə qüvvələri səkkiz bölgədə, o cümlədən Lipetsk bölgəsində 41 Ukrayna dronunu məhv edib.
Məlumata görə, hücum ölkənin ən böyük batareya istehsalçısı olan PJSC Energia şirkətini hədəf alıb.
Qeyd edək ki, Yelets zavodu 2025-ci ilin iyulunda iki dəfə Ukrayna dronları tərəfindən hücuma məruz qalıb.
Yeletsdə yerləşən Energia zavodunun əsas məhsulları kimyəvi enerji mənbələridir. Zavodun cihazları müdafiə, mülki aviasiya, dəniz nəqliyyatı və enerji sektoru da daxil olmaqla bir sıra sektorlarda istifadə olunur.




















