Ukrayna Təhlükəsizlik Xidməti polislə birgə Transkarpatiyada qaz kəməri vasitəsilə hərbi xidmətdən yayınanların qaçmasını təşkil edən bir nəfəri saxlayıb.
Medialive xəbər verir ki, bu barədə xidmətin telegram kanalı məlumat yayıb.
Polis şübhəlinin Avropa Birliyinə mühacirət etmiş tanışı ilə əlbir hərəkət etdiyini müəyyən edib.
Bundan əlavə, Odessada hərbi xidmətdən yayınanları Dnestryanı bölgəsinə qaçaqmalçılıq yolu ilə apardıqlarına görə dörd nəfər həbs edilib.
Dnepropetrovsk bölgəsində isə iki kişi meşə yolları ilə hərbi xidmətdən yayınanları AB ölkələrinə istiqamətləndirməkdə ittiham olunaraq həbs edilib.
Qeyd edək ki, 2022-ci ilin fevral ayından etibarən Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb.
2024-cü ilin 18 mayında səfərbərliyi sərtləşdirən qanun qüvvəyə minib.




















