CANLI
Sosial

Unibank jurnalistin kartdakı pulunu mənimsəyib? - Mənə heç bir məlumat vermədən...

“Deməli, atamın əməliyyatı üçün Leokart hesabıma pul qoymuşdum. Vergidən yayınma olmasın deyə əməliyyatın ödənişini birbaşa kartla etdim. Sonra məlum oldu ki, atam 10 gündür insult keçirib və əməliyyat oluna bilməz. Buna görə də klinika əməliyyat üçün ödədiyim pulu elə həmin gün kartıma geri qaytardı. Bundan sonra Unibank “hoqqa” verməyə başladı”.

Medialive.az xəbər verir ki, bu sözləri jurnalist Elmar Əbilov şəxsi facebook hesabında yazıb.

O bildirib ki, pul karta qayıdan günü Unibankdan ona zəng gəlib:

“Müəllim kartınızda yaxşı pul var, onu depozit qoyun, yaxşı pul qazanın” məsləhəti verdilər. Hörmətlə dinləyib, fikirləşərəm deyib, sağollaşdım. Həmin günün səhəri Unibank həmin pulu hesabımdan oğurlayıb. Niyə oğurlayıb deyirəm? Çünki, mənə heç bir məlumat vermədən pulu kartımdan götürüblər. Qaynar xətlərinə zəng etdim. Bildirdilər ki, “sizin ödəniş etdiyiniz posterminalda problem yaranıb, ona görə pul qayıdıb klinikaya, araşdırma aparıb sizə məlumat verərik”. Klinikaya zəng edirəm deyirlər bizlik heç bir problem yoxdu. Pulu kartınıza qaytarmışıq”.

Jurnalist bildirib ki, bankın mətbuat xidməti ilə əlaqə saxlamaq istəsə də cavabsız qalıb:

“Beləcə Unibank bu bir neçə gündə mənim pulumdan qanunsuz şəkildə pul qazanacaq. Bu oğurluq deyil?” – deyə Elmar Əbilov yekunlaşdırıb.