Uşaqlarda influenza virusu çox sürətlə irəliləyə bilir. Xüsusilə ilk 48 saat həkim müdaxiləsi üçün ən kritik dövr sayılır.
Son zamanlar Azərbaycanda yayılan yan xəstəliklərlə yanaşı, bu virusun da tüğyan etdiyi görünür.
Uşaqlarda isə bu virus daha tez ağırlaşma riski yaradır.
Xoşagəlməz virusla əlaqədar Medialive.az-a danışan “Central Hospital”ın həkim pediatrı Sevinc Sultanova valideynlərə xəbərdarlıq edərək onları övladlarını bu virusdan qorumağa çağırıb.
Pediatr əlavə edib ki, influenza daha əvvəlki kimi yüngül əlamətlərə özünü biruzə vermir.
Həkim vurğulayıb ki, uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün, yüksək qızdırma, halsızlıq, nəfəsalma çətinliyi və pnevmoniya riski daha tez ortaya çıxır. Bu səbəbdən ilk simptomlar ortaya çıxan kimi həkimə müraciət etmək labüddür.
S.Sultanova qeyd edib ki, əgər bu mərhələdə düzgün nəzarət və dəstək verilsə, ağırlaşma riski önlənər.
Sonda pediatr valideynlər üçün tövsiyələr verərək bildirib ki, ilk əlamətlərdə pediatra müraciət edilməli, özbaşın dərmn qəbul edilməməli, uşağın istirahəti təmin olunmalı və maye qəbulu artırılmalıdır.
Qeyd edək ki, İnfluenza virusuna yoluxub-yoluxmadığınızı öyrənmək üçün “Central Hospital”a müraciət edə bilərsiniz!




















