Uşağın ilk dəfə “ana” deməsi valideyn üçün çox böyük möcüzədir. Bəs bu söz gecikəndə nə olur? Səslər qarışanda, cümlələr qurulmayanda, ya da ünsiyyət çətinləşəndə kim köməyə gəlir?
Bu gün cəmiyyətimizdə nitq və inkişaf problemləri ilə bağlı maariflənmə artsa da, hələ də bir çox valideyn hansı halda həkimə müraciət etməli olduğunu bilmir.
Medialive.az portalı məhz bu məsələləri aydınlaşdırmaq üçün “Baku Central Hospital”ın defektoloq və loqopedi Mətanət Məcidova ilə həmsöhbət olub.
Onunla birlikdə nitq qüsurlarının səbəblərini, erkən müdaxilənin əhəmiyyətini, ən çox rast gəlinən problemləri və valideynlərin evdə edə biləcəyi dəstəkləri müzakirə etmişik.
Müsahibəni təqdim edirik:
1. Mətanət xanım, oxuculara özünüz haqda məlumat verin.
– Mən, Məcidova Mətanət. Moskva Dövlət Universitetində təhsil alıb, Azərbaycana geri dönmüşəm. Burada ixtisas dəyişmə institutunu bitirdikdən sonra həkim kimi fəaliyyətə başlamışam. Artıq uzun illərdir ki, bu sahədə çalışıram.
2. İşlədiyiniz müddət ərzində xəstələr daha çox hansı əlamətlər və diaqnozla yaxınlaşırlar?
– Müxtəlif diaqnozlarla müraciətlər olur. Ən çox autizm sindromundan əziyyət çəkən pasientlərlə yanaşı, kəkələmə xəstəliyi də üstünlük təşkil edir.
3. Müalicə hansı yaşdan başlayaraq tez effektini göstərir?
– Erkən yaş dövründə ilkin və düzgün müalicə və müdaxilə müsbət nəticə verir.
4. Böyüklərdə necə, hər hansı nitq qüsuru müalicə edilirmi?
– Əlbəttə ki, böyük insanlarda həmçinin diaqnozdan asılı olaraq xəstəlik aşkar olunduqdan sonra dərhal edilən müalicə kursu öz effektini kifayət qədər verir.
5. Müsahibə üçün təşəkkür edirik. Düşünürük ki, valideynlər, eyni zamanda nitq qüsuru olan insanlar artıq bu məsələyə ciddi fikir verəcək və övladlarını ömürlük bu bəlaya düçar olmaqdan xilas edəcəklər.
– Mən təşəkkür edirəm. Hesab edirəm ki, bu, çox məhsuldar bir söhbət oldu. Bu gün valideynlər övladlarının məhdudiyyətlərini, xəstəliklərini bilə-bilə müalicədən, həkim yanına gəlməkdən imtina edirlər. Bu da gələcəkdə çox böyük məsuliyyətə səbəb olur. Buradan valideynlərə demək istəyirəm ki, müalicəsiz xəstəliklər çox azdır. Vaxtında övladlarınızın qayğısına qalın.
Əziz valideynlər! Sizin də övladlarınızın danışıq və inkişaf problemləri varsa, gecikmədən Məlahət Məcidovaya müraciət edin. Övladlarımız bizim gələcəyimizdir. Onları xəstəliklərə qurban verməyək!
Eyni zamanda, hamının doğru bildiyi yanlış bir məlumat var. Autizm xəstəliyi sağalmaz xəstəlik deyil. Autizmli uşaqların sağalmasını istəyirsinizsə, “Baku Central Hospital”a müraciət edin!
Əlaqə telefonu: 055-772-15-55, 012-569-24-50
ÜNVAN: Bakı şəhəri, Svetlana Məmmədova 91





















