• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

10 Aprel, 26 / 15:23
A A
Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

“Son günlərdə ölkədə hüquqi və qanuni əsaslarla fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinin rəhbərləri AQC-yə müraciət edərək Azərbaycan Qiymətləndiricilər Palatası rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirirlər”.

Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, Palata AQC üzvü olan şirkətlərə və qiymətləndiricilərə inzibati metodlarla təzyiq edərək AQC-dən çıxmağı tələb edir. Əks təqdirdə, Palata üzvlüyündən xaric ediləcəkləri ilə hədələyir. Bunu isə şirkətlərin işində “qüsur” tapmaqla həyata keçirəcəklərini bildirirlər.

“Palata AQC üzvləri tərəfindən formalaşdırılıb. Yəni indiki Palatada təmsil olunanların əksəriyyəti AQC şinelindən çıxıb. Biz sektorun inkişafı üçün çalışırıq və dəfələrlə Palataya əməkdaşlıq barədə müraciət etmişik. Lakin qarşı tərəf monopoliya ideologiyası əsasında çıxış edir. Sektorun inkişafı üçün işlər görmək bir yana, iş görənlərin də qarşısını almağa çalışır. Bu nə deməkdir? Cənab Prezident sektorun inkişafı üçün Palatanın yaradılması barədə sərəncam verdi. Amma Palata öz fəaliyyəti ilə bunun əksini nümayiş etdirir. Bu, birbaşa Azərbaycan dövlətinin prinsiplərinə ziddir”.

Vüqar Oruc onu da bildirib ki, təzyiqlərin qarşısını almaq üçün Cəmiyyət AQC üzvlərinin adlarını rəsmi saytdan çıxarmaq məcburiyyətində qalıb:

“Üzvlər müraciət edərək bildirirlər ki, onlar həm ictimai sektorda fəaliyyət göstərmək istəyirlər, həm də biznes maraqları var. Palatanın onları seçim qarşısında qoyması isə ciddi fəsadlara yol açır. Təəssüf edirəm ki, ölkədə dövlət tərəfindən qiymətləndirmə sektorunu tənzimləmə vəzifəsi qoyulan qurum öz resurslarını və bütün fəaliyyətini ictimai sektorun geriləməsinə, xüsusilə də AQC-nin fəaliyyətini məhdudlaşdırmağa sərf edir”.

AQC İdarə Heyətinin sədri bildirib ki, Palatanın qanunsuz QR tələbi dövlət qurumları tərəfindən ləğv olunsa da   proses Palata rəhbərliyi tərəfindən hələ də davam etdirilir.

“AQP həmçinin rəhbəri olduğum Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının üzv ölkələrində də əks təbliğat işi apararaq AQC-ni nüfuzdan salmağa və Türk Dövlətləri qiymətləndiricilərinin cəmləşdiyi qurumunun daxilində nifaq yaratmağa çalışır. Biz bir daha ictimaiyyət vasitəsilə Palataya müraciət edərək bildiririk ki, sektorda bölücülük yaratmaq fəaliyyətindən çəkinsin. Biz birliyin və sektorun inkişafının tərəfdarıyıq və bunun üçün istənilən müsbət addım atmağa hazırıq”.

Əvvəlki yazı

Prezident bu şəxsləri təltif etdi

Növbəti yazı

Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

Bənzər Xəbərlər

Övladlarının qəyyumluğu ona verilən ana "narkomandır"? - Çarəsiz ata FƏRYAD ETDİ
Sosial

Övladlarının qəyyumluğu ona verilən ana "narkomandır"? - Çarəsiz ata FƏRYAD ETDİ

15.May.26 /21:07
İlham Əliyev Fərman İMZALADI
İlham Əliyev

İlham Əliyev Fərman İMZALADI

13.May.26 /17:19
Hər gün istifadə edirik: Ürəyə ziyan imiş
Sosial

Hər gün istifadə edirik: Ürəyə ziyan imiş

13.May.26 /16:36
Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM
Sosial

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

12.May.26 /20:39
Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı
İlham Əliyev

Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

12.May.26 /20:36
Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ
Sosial

Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

12.May.26 /20:26
İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı
Hadisə

İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

12.May.26 /20:25
Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin
Sosial

Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

12.May.26 /20:08
Bu ərazilər qazsız qalacaq
Sosial

Bu ərazilər qazsız qalacaq

12.May.26 /19:55

XƏBƏR LENTİ

Övladlarının qəyyumluğu ona verilən ana "narkomandır"? - Çarəsiz ata FƏRYAD ETDİ

Övladlarının qəyyumluğu ona verilən ana "narkomandır"? - Çarəsiz ata FƏRYAD ETDİ

15 May, 26 / 21:07
İlham Əliyev Fərman İMZALADI

İlham Əliyev Fərman İMZALADI

13 May, 26 / 17:19
Hər gün istifadə edirik: Ürəyə ziyan imiş

Hər gün istifadə edirik: Ürəyə ziyan imiş

13 May, 26 / 16:36
Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

12 May, 26 / 20:39
Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

12 May, 26 / 20:36
Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

12 May, 26 / 20:26
İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

12 May, 26 / 20:25
Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

12 May, 26 / 20:08
Bu ərazilər qazsız qalacaq

Bu ərazilər qazsız qalacaq

12 May, 26 / 19:55
İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

12 May, 26 / 19:52
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.