• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Vüqar Qurbanovun səhvi nə idi?

19 Mart, 26 / 14:34
A A
Vüqar Qurbanovun səhvi nə idi?

nsana həyatda yüksək etimad bir dəfə verilir, amma onu doğrultmaq üçün hər gün əzmlə işləmək lazımdır. Görünür, Vüqar Qurbanov bu həqiqəti təzə öyrənibmiş. Ona səhiyyə sahəsinin ən kritik nöqtələrində böyük məsuliyyət etibar edilmişdi, amma nəticələr bunun əksini göstərdi.

Dövlətin ən strateji sahələrindən biri sayılan, insanların can sağlığını etibar etdiyi şəxsin fəaliyyəti, təəssüf ki, qalmaqalların mərkəzində qalmaqla yadda qaldı. Səhiyyədə “yeni dövr” vəd edənlərin gəldiyi nöqtə TƏBİB-in səlahiyyətində olan xəstəxanalardakı rəzalət, dərman çatışmazlığı və tibbi personalın narazılığı oldu. Vüqar Qurbanovun rəhbərliyi dövründə TƏBİB tibbi tənzimləmə qurumundan çox, sanki qaranlıq kadr sövdələşmələrinin və şəffaf olmayan tenderlərin poliqonuna çevrildi.

Onun fəaliyyəti dövründə səhiyyə sahəsində sistemli problemlərin azaldılması gözlənilsə də, əksinə, narazılıqlar daha da artdı. Xəstəxanalarda xidmət keyfiyyəti, vətəndaş məmnunluğu və idarəetmə məsələləri tez-tez tənqid hədəfinə çevrildi. Ən ciddi problem isə şəffaflıq məsələsində ortaya çıxdı. Tenderlər, maliyyə axınları və kadr təyinatları ilə bağlı yayılan iddialar sensasiya yaratdı.

2022-ci ilin sentyabrından bu məsuliyyətli postu tutan Vüqar Qurbanovun fəaliyyəti dövründə bu sistemdə şəffaflığın artırılacağı və icbari tibbi sığortanın tətbiqindəki boşluqların aradan qaldırılacağı gözlənilirdi. Lakin reallıq fərqli oldu.

Vüqar Qurbanov

Məlumata görə, TƏBİB-də aparılan audit yoxlamaları və maliyyə təftişləri milyonlarla manatlıq vəsaitin mənimsənilməsini və ciddi büdcə pozuntularını üzə çıxarıb. Bu pozuntuların birbaşa qurumun rəhbərliyi ilə əlaqəli olduğu və Vüqar Qurbanovun idarəçiliyindəki boşluqların dövlət büdcəsinə ağır zərbə vurduğu qeyd edilir.

Məsələnin digər qalmaqallı tərəfi isə kadr təyinatları ilə bağlıdır. İddia olunur ki, onun rəhbərliyi dövründə regionlardakı xəstəxanalara rəhbər təyinatları şəffaf meyarlar əsasında deyil, subyektiv maraqlar çərçivəsində aparılıb. Hətta, bəzi məlumatlara görə, qeyri-rəsmi məclislərdə vəzifə paylanılması barədə gəzən şayiələr qurumun nüfuzuna kölgə salıb. Rayon mərkəzi xəstəxanalarında aşkarlanan mənimsəmə halları və rəhbər şəxslərin ard-arda işdən çıxarılması da məhz bu uğursuz kadr siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Bununla yanaşı, media ilə münasibətlərdə yaranan gərginlik vəziyyəti daha da ağırlaşdırdı. Açıq dialoq əvəzinə qarşıdurma görüntüsü formalaşdı. Jurnalistlərlə yaşanan qalmaqallar, sualların cavabsız qalması və tənqidlərə sərt reaksiyalar idarəetmədə çevikliyin olmadığını göstərdi. Müasir idarəçilikdə informasiya ilə işləmək bacarığı əsas şərtlərdən biri olduğu halda, bu sahədə uğursuzluq diqqətdən qaçmadı.

Xüsusilə xaricdə fəaliyyət göstərən jurnalistlərlə bağlı ortaya atılan iddialar vəziyyəti daha da mürəkkəbləşdirdi, məsələnin cəmiyyətə təsiri kifayət qədər ciddi oldu. Çünki belə mövzular artıq təkcə idarəetmə yox, həm də etibar və reputasiya məsələsinə çevrilir.

Vüqar Qurbanov Səhiyyə Nazirliyini qaralamaq, nazirliyin nüfuzuna zərbə vurmaq üçün okeanın o tayına “sifarişli materiallar” ötürürmüş. Öz ambisiyalarını təmin etmək, rəqib gördüyü qurumu sıradan çıxarmaq üçün xaricdəki şəbəkədən alət kimi istifadə etmək hansı məntiqə sığır?

Bu, sadəcə etimadı doğrultmamaq deyil, bu, birbaşa dövlət qurumları arasında nifaq salmaq və xaricdəki məlum dairələrin əlinə fakt ötürməkdir. Vüqar Qurbanovun rəhbərliyi dövründə tibb müəssisələrində xəstələr dərman tapa bilmir, həkimlər maaş azlığından şikayət edirdi. Sən demə, icraçı direktorun başı xəstəxanaları düzəltməyə yox, nazirliyi necə “vurmağa” qarışıbmış.

Vüqar Qurbanovun gedişi əslində gözlənilən idi. Adam gərək oturduğu kreslonun ağırlığını hiss eləsin, o məsuliyyəti çiyinlərində daşımağı bacarsın. Belə həssas sahəni kiməsə etibar edəndə, oradan şan-şöhrət yox, nəticə tələb olunur.

Amma nə gördük? Şikayətlər, bitmək bilməyən tender sualları…

///Demokrat.az

Əvvəlki yazı

Ürək və damar xəstəlikləri olanlar bu xəbəri mütləq oxusun! - Türkiyəli professor sizi müalicə edəcək

Növbəti yazı

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bənzər Xəbərlər

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Sosial

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

02.Apr.26 /12:33
Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ
Sosial

Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ

01.Apr.26 /17:40
Tanınmış Xalq artisti VƏFAT ETDİ
Dünya

Tanınmış Xalq artisti VƏFAT ETDİ

01.Apr.26 /17:39
Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI
Media

Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI

01.Apr.26 /17:33
Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü
Sosial

Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

01.Apr.26 /17:30
Baş nazir həmkarı ilə görüşdü 
Siyasət

Baş nazir həmkarı ilə görüşdü 

01.Apr.26 /17:24
Rusiya Azərbaycana təşəkkür etdi
Manşet

Rusiya Azərbaycana təşəkkür etdi

01.Apr.26 /17:18
İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 
Sosial

İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 

01.Apr.26 /17:15
AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
Sosial

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01.Apr.26 /17:08

XƏBƏR LENTİ

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

02 Aprel, 26 / 12:33
Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ

01 Aprel, 26 / 17:40
Tanınmış Xalq artisti VƏFAT ETDİ

Tanınmış Xalq artisti VƏFAT ETDİ

01 Aprel, 26 / 17:39
Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI

Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar - SİYAHI

01 Aprel, 26 / 17:33
Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

Vilayət Eyvazov rəislərə  tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

01 Aprel, 26 / 17:30
Baş nazir həmkarı ilə görüşdü 

Baş nazir həmkarı ilə görüşdü 

01 Aprel, 26 / 17:24
Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Azərbaycana təşəkkür etdi

01 Aprel, 26 / 17:18
İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 

İcra başçısının işə rahat gedib-gəlmək üçün çəkdirdiyi yol çökdü 

01 Aprel, 26 / 17:15
AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01 Aprel, 26 / 17:08
Daha bir icra hakimiyyətində kütləvi ixtisar

Daha bir icra hakimiyyətində kütləvi ixtisar

01 Aprel, 26 / 17:07
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.