Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Nəqliyyat infrastrukturunun istismarı və təmiri departamentinin müdir müavini vəzifəsinə təyinat olub.
Medialive.az xəbər verir ki, bu vəzifə İlham Daşdəmirova həvalə edilib.
İ.Daşdəmirov bundan öncə Agentlikdə Avtomobil yollarının istismarı və təmiri baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. İ.Daşdamirov həmin idarədə hazırda AAYDA-nın İdarə heyətinin sədrinin müavini olan Kamran Əzizovun müavini olub. Belə ki, K.Əzizov bu yaxınlarda AAYDA-nın sədri Vüsal Nəsirlinin müavini təyin edilib. O, 2023-cü ildən bu vəzifəyə təyin olunana qədər Agentlikdə Avtomobil yollarının istismarı və təmiri baş idarəsinin rəisi olub. Eyni zamanda, İ.Daşdəmirov da həmin idarədə 2023-cü ildən rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bu ilin fevral ayında V.Nəsirli AAYDA-nın İdarə heyətinin sədri təyin edilib. Onun rəhbərliyə gəlişindən sonra qurumda kadr islahatlarının həyata keçirildiyi müşahidə olunur. (Plat.az)

