• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Xəyanətkarların “ittifaqı”

01 Dekabr, 25 / 12:03
A A
Xəyanətkarların “ittifaqı”
Bu hekayə çoxdan başlayıb, lap çoxdan… Bəlkə də indi bu barədə küncdən-bucaqdan eşidib mülahizə yürüdənlərin dünyaya göz açmadığı, yaxud süni intellekt haqqında iddiaların nəzəri əsasları haqqında filmlərdə belə doğru-dürüst söz açılmadığı zamanlarda… Yaxın siyasi tariximizin elə məqamları var ki, nəinki süni intellektin, heç normal, sadə, yaxud mürəkəb qırışlarla örtülmüş beyinlərin ən dərin qatlarında belə bəzi həqiqətlərlə bağlı “kəpənək qanadlarının izi” belə yoxdur.
Amma mən yaxın siyasi tariximizin ənginliklərindən başlamayacağam. Cəmi 25-26 il öncəyə xəyalən yol salmaq, zənnimcə yetərlidir.
…Tarixi Ki-Uest danışıqlarından bir müddət öncə, Minsk Qrupunun həmsədrlərinin təklif etdiyi “saziş layihəsi”nin müzakirə edildiyi zaman kəsiyində, Azərbaycanda, həmin dövrdə siyasi baxış etibarilə bir-birindən ciddi şəkildə fərqlənməyən müxalifətin, ölkənin milli maraqlarının müdafiəsi ilə bağlı təşkil etmək istədiyi kütləvi etiraz aksiyasını təxirə salmaları ilə bağlı tələm-tələsik qərarları haqqında bu günədək çox yazılıb, çox danışılıb.
Xatırladım ki, həmin dövrdə müxalifətin bir araya gələrək, mitinq təşkil etmək barədə ilk qərarının əsasında, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı vahid mövqe nümayiş etdirmək, siyasi baxışlarından asılı olmayaraq, hər kəsin bu taleyüklü məsələdə güzəştsiz mövqe tutduğunu bəyan etmək niyyəti dayanırdı. Amma olmadı… Tarixi şans əldən verildi və milli məsələlərlə bağlı vahid siyasi baxış bucağının, cüzi istisnalarla yenidən formalaşdırılmasına, təxminən 20 il sonra nail olundu.
Həmin dövrdə Əli Kərimlinin, de-fakto rəhbərlik etdiyi AXCP-nin də mitinqlə bağlı qərardan imtina etməsinin səbəbləri ilə bağlı müxtəlif fərziyyələr var. Mitinqin “təxirə salınması” qərarı barədə “arqumentləri” onun öz dilindən eşidənlər, bunun ölkəmizdəki diplomatik nümayəndəliklərdən birində keçirilən görüşdən sonra, səfirin istəyi ilə baş verdiyini bildirirlər.
Əli Kərimlinin ən yaxın ətrafına belə doğru-dürüst informasiya vermədiyini, bütün siyasi həyatının uydurma hekayələrdən ibarət olduğunu bilənlər, onun mitinqin təxirə salınmasının səbəbləri və buna vəsilə olanlar haqqında da, çox rahatlıqla yalan danışa biləcəyi ehtimalını, qənaətimə görə istisna etməzlər. Bu gün gözümüzün önündə baş verənlərlə 25-26 il əvvəl cərəyan edən hadisələr arasında tarixi bağ qurmağı bacaranlar, düşünürəm ki, Əli Kərimlinin “səfirlik”lə bağlı hekayəsinin arxasında 2019-cu ildən sonra daha aydın görünməyə başlayan həqiqətlərin gizləndiyini də qəbul edərlər. Hələ tələbəlik illərindən “kurator”larının təlimatları olmadan nəfəs almağa belə cəsarət etməyən Əli Kərimlinin, sadəcə bir diplomatın istəyi ilə mitinqdən imtina edəcəyi, indi heç inandırıcı görünmür.
Təlimat, hər zaman olduğu kimi, yenə də çox güman ki, Ramiz Mehdiyev tərəfindən verilmişdi və məqsəd siyasi qüvvələr arasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı vahid mövqenin olmadığını nümayiş etdirmək, tarixi danışıqlar öncəsi dövlətimizin və onun liderinin mövqelərini zəif göstərməkdən ibarət idi. Səfir barədə deyilənlər isə, əsl həqiqətlərin üzərinin pərdələnməsinə xidmət edə bilərdi…
Mehdiyevin 2003-cü ildə keçirilən prezident seçkiləri öncəsi, idarə etdiyi şəbəkələr vasitəsilə hakimiyyət iddialarını açıq şəkildə ictimai rəyə ötürməsi də, qənaətimə görə, Ki-Uest danışıqları öncəsi ölkəmizin siyasi səhnəsindəki real mənzərənin bütün cizgilərini, ən incə detallarına kimi göz önünə sərgiləyir.
Avropa İttifaqının paytaxtına ayaq basan kimi “hakimiyyətə gələcəyi təqdirdə heç vaxt müharibə etməyəcəyini” bəyan edən, ölkənin konstitusiya quruluşuna qarşı çıxış edənlərlə eyni cərgədə yer almağı belə özünə rəva bilən, fitrətdən milli ideya daşıyıcısı olmayan məfkurəsiz bir “praqmatik” siyasətçi obrazının ölkəyə və təmsil etdiyi hakimiyyətə xəyanət yolu tutan klassik “kluar oyunçusu”nun idarəçiliyində olması həqiqəti, zənnimcə sağlam və tərəfsiz düşünməyi bacaran kimsəni təəccübləndirməməlidir. Və bu iki xəyanətkarın “ittifaqı”ndan 2013-cü ildə “Milyarderlər İttifaqı” və “Milli Şura” xəyanətlərinin törəməsi də, həmçinin…
Əsərləri həm sar, həm də sovet Rusiyasında qadağan edilən yazıçı-dramaturq Leonid Andreyevin çox sevdiyim bir pyesi var, “Anatema” adlanır.
“Anatema” Andreyevin şeytana verdiyi addır, təxminən “dönük”, “yolundan sapmış” mənasını verir.
Pyesdə Anatema Tanrı ilə idrakın sərhədləri, yaranışın sirrləri ilə bağlı mübahisə edir və David Leyzer adlı kasıb bir yəhudini haqlı olduğunu sübuta yetirmək üçün hədəf seçir.
Vəkil cildinə girmiş şeytan tərəfindən aldadılaraq “peyğəmbər” olduğuna inanan, zəif, iradəsiz, səriştəsiz David son nəticədə yüzminlərlə insanı uçuruma doğru aparır, məhvə sürükləyir…
Ramiz Mehdiyev də Azərbaycanın müasir siyasi tarixinin “Anatema”sıdır. Davidlərin isə sayı çoxdur və Əli Kərimli, sadəcə onlardan biridir.
“Axırıncı aşırım” filmini və Kərbəlayi İsmayılın Abbasqulu ağanın kəndə gəlişi ilə bağlı səsləndirdiyi və sonradan zərb-məsələ çevrilən sözlərini, yəqin ki, çoxları xatırlayır. “Adətən sel gələndə çör-çöp gətirər. İri-qol budağı, kötüyü selin gur yeri axıdar… İndi tərsinə olub, kötüyü qabağa veriblər”, – deyir Kərbəlayi İsmayıl.
Onore de Balzakın da buna bənzər fikirləri var. Balzak deyir ki,  “Dənizdə baş verən fırtınada olduğu kimi inqilablar zamanı da çəkisi ağır olanlar suyun dibinə enir, yüngül olanlar isə əksinə suyun üzünə çıxırlar”.
Düşünürəm ki, həm milli, həm də fəlsəfi mahiyyət daşıyan bu iki bənzər fikrin içərisindən, Kərbəlayi İsmayılın dilindən səslənən “kötük” ifadəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki uzun illər boyu “çör-çöp”ləri “kötük”lər idarə edib.
İllərlə saxta, yalan məlumatlarla, süni siyasi səhnələr quraşdırmaqla, daxildəki və xaricdəki nüfuz müvəkkilləri, “çör-çöp”ləri vasitəsilə statuslarını qoruyub saxlamağa çalışan, islahatlar dalğasının sahilə atdığı “kötük”lər yeni reallıqlarla, Azərbaycanın “işğal buxovu”ndan xilas edilməsinin yaratdığı siyasi mənzərəylə barışa bilməyib və xislətlərinə xas olan üslubdaca xəyanət yolunu tutublar, yaxud daha aşıq şəkildə davam etdiriblər.  Çünki intellektin, çevik zəkanın önə keçdiyi proseslərdə kötüklərə yer yoxdur.
Elçin Mirzəbəyli
Əvvəlki yazı

Çin alimlərindən bir ilk - İçməli su istehsal etmək üçün texnologiya hazırladılar

Növbəti yazı

Ukrayna NATO üzvlüyündən imtina etməyə məcbur edilməyəcək  

Bənzər Xəbərlər

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ
Manşet

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17.Fev.26 /17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO
Sosial

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17.Fev.26 /16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi
Siyasət

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17.Fev.26 /16:23
Səidə Haqverdiyevanın həbsi istənilir
Mədəniyyət

Səidə Haqverdiyevanın həbsi istənilir

17.Fev.26 /16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Sosial

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17.Fev.26 /16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı
Sosial

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17.Fev.26 /15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?
Sosial

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17.Fev.26 /15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 
Hadisə

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17.Fev.26 /15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB
Sosial

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17.Fev.26 /15:32

XƏBƏR LENTİ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17 Fevral, 26 / 17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17 Fevral, 26 / 16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17 Fevral, 26 / 16:23
Səidə Haqverdiyevanın həbsi istənilir

Səidə Haqverdiyevanın həbsi istənilir

17 Fevral, 26 / 16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17 Fevral, 26 / 16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17 Fevral, 26 / 15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17 Fevral, 26 / 15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17 Fevral, 26 / 15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17 Fevral, 26 / 15:32
Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.