Xəzər Rayon İcra Hakimiyyətinin tabeliyindəki Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən müxtəlif təyinatlı malların satın alınması həyata keçirilib.
Medialive.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Everest-2022” Məhdud Məsculiyyətli Cəmiyyəti olub və tərəflər arasında ümumi dəyəri 601.370,48 AZN olan müqavilə bağlanıb.
Satınalma çərçivəsində müxtəlif ölçülü zibil konteynerləri, oturacaqlar, 30 min ədəd həyət süpürgəsi (kərmək), fəhlə geyimləri, eləcə də “Kamaz”, “Zil”, “Qaz-53” və “CAT 428” texnikaları üçün avtoşinlər və akkumulyatorlar əldə olunub.
Yerli təsərrüfat işlərinin adı ilə həyata keçirilən bu nəhəng bazarlıq rayonun abadlaşdırılmasından çox, müxtəlif səpkili ləvazimatların siyahı üzrə doldurulmasını xatırladır.
Xatırladaq ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi isə Hikmət İslamovdur.
