Yəmən hökuməti və üsyançı Husi hərəkatının nümayəndələri 2900 məhbusun mübadiləsi barədə razılığa gəliblər.
Medialive xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, Yəmən hökuməti ilə Husilər arasında BMT və Omanın vasitəçiliyi ilə Məskatda əsir mübadiləsi razılaşması əldə edilib.
Razılaşma hökumətin 1700 Husi tərəfdarını azad etməsini nəzərdə tutur.
Husilər isə öz növbəsində 1200 əsiri hökumətə təhvil verəcəklər.




















