CANLI
Sosial

Yasamal İH 3 ildir edilən şikayətə baxmır – FOTO

Yasamal rayon İcra Hakimiyyəti səkinin zəbt edilməsi ilə bağlı üç ildir edilən şikayətə baxmır.

Bu barədə jurnalist Fimar Asimqızı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, üç ildir Yasamal rayon İcra Hakimiyyətinə səkiyə düzülən meyvə-tərəvəzin yığışdırılması ilə bağlı davamlı müraciətlər etsə də, indiyədək heç bir tədbir görülməyib.

Jurnalist paylaşımında məsələ ilə bağlı narazılığını belə ifadə edib: “Deməli, üç ildir şikayət edirəm, Yasamal rayon İcra Hakimiyyəti bu meyvə-tərəvəzi piyada yolunun üstündən – səkidən yığışdırıb 5 metr arxaya çəkdirmir. Nə bahalı sövdələşməymiş, qardaş?”.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksports