Xəbər verdiyimiz kimi, Yasamal rayonunda, Əsəd Əhmədov küçəsi, 31a ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Sakinlər iddia edib ki, binada uzun müddətdir su təchizatı dayandırılıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Medialive.az-a bildirilib ki, sözügedən iddia tamamilə yanlışdır. Binada su təchizatı dayandırılmayıb.




















