Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri Yaşar Hüseynova ağır itki üz verib. Onun anası vəfat edib.
Ajans.az-ın əldə etdiyi məlumata görə, mərhumə ömrünü ailəsinə və övladlarının vətənpərvərlik ruhunda böyüməsinə həsr edib. Qeyd edək ki, Yaşar Hüseynovun qardaşı Füzuli Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub, digər qardaşı Fərman Hüseynov isə Vətən müharibəsi qazisidir.
Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olan Yaşar Hüseynov Vətən müharibəsi zamanı göstərdiyi şücaətlə tanınıb. O, Şuşa şəhərində Azərbaycan bayrağının sancılmasından sonra Azan oxuması ilə də geniş ictimaiyyətin diqqətini çəkmişdi.
Allah mərhuma rəhmət eləsin, Yaşar Hüseynova və ailəsinə dərin hüznlə başsağlığı veririk.




















