CANLI
Sosial

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE

Azərbaycan Biznesinin İnkişafı Fondunda Müvəkkil təşkilatlarla əlaqələr üzrə rəhbər vəzifəsinə təyinat olub.

Bu vəzifə Həbibə Paşayevaya həvalə edilib.

Qeyd edək ki, H.Paşayeva 15 ildir ki, eyni kollektivdə işləyir. O, əmək fəaliyyətinə 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunda mütəxəssis olaraq başlayıb və 2015-ci ilə kimi bu vəzifədə çalışıb. 2015-2018 -ci illərdə isə, sözügedən fondda aparıcı mütəxəssis olub. 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və onun hüquqi bazası əsasında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs yaradılıb. H.Paşayeva 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunda aparıcı mütəxəssis, 2018-2025-ci illərdə isə, baş mütəxəssis olub. 2025-ci ildən bu ilin fevralına qədər Azərbaycan Biznesinin İnkişafı Fondunda baş məsləhətçi olub.

Xatırladaq ki, Azərbaycan Biznesinin İnkişafı Fondu Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin birləşməsi yolu ilə yaradılıb. Fondun İdarə heyətinin sədri Ülvi Mansurovdur. Ü.Mansurov Xalq artisti Eldar Mansurovun oğludur. O, Fondun rəhbəri vəzifəsinə ötən ilin dekabr ayında təyin edilib./Plat.az/

taraftarium24canlı maç izleselçuk sportstaraftarium24canlı maç izleselçuk sportstaraftarium24canlı maç izleselçuk sportstaraftarium24canlı maç izleselçuk sports