Yunanıstanda həftələrlə davam edən fermer etirazları hökumətlə istehsalçılar arasındakı böhranı daha da dərinləşdirib və yunan mediası baş nazir Kiriakos Mitsotakisin fermerlərlə görüşmək cəhdinin fiaskoya uğradığını yazıb.
Medialive xəbər verir ki, çoxsaylı media orqanları yazıb ki, ölkə daxilində yolları bağlayan fermerlərin böyük əksəriyyəti hökumətin danışıqlarda iştirak edəcək nümayəndə heyətini birtərəfli seçmək cəhdi səbəbindən Baş nazirlə görüşməkdən imtina edib.
Məlumata görə, ölkə daxilində 50-dən çox yerdə etiraz aksiyaları təşkil edən fermerləri təmsil edən komitələr kənd təsərrüfatı və heyvandarlıq sektorlarını əhatə edən iki ayrı nümayəndə heyətinin qəbul edilməməsindən sonra danışıqlardan imtina etmək qərarına gəliblər.
Qeyd edək ki, Yunanıstanda 2025-ci ilin dekabr ayından davam edən fermer etirazları səbəbindən magistral yollar, hava limanları və sərhəd keçid məntəqələri müvəqqəti bağlanıb.




















