“Ermənistanın Vaşinqton bəyannaməsi nəticəsində “Sülhün kəsişməsi” və “Tramp marşrutu” var “Zəngəzur dəhlizi” isə Ermənistana aid deyil”.
Medialive xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən rabitə xəttinin və ya başqa hər hansı bir şeyin adını yalnız Ermənistan müəyyən edə bilər.
“Biz bəyan etmişik ki, Ermənistan ərazisində elan edilənlərdən başqa adlarla heç bir kommunikasiya xətti yoxdur”, – o əlavə edib.




















