Yunanıstanın Koropi şəhərində 22 yaşlı gənc zarafat edərək çeynəmədən bütöv bir qamburgeri udub.
Medialive xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs bir neçə saniyə ərzində yerə yıxılıb, daha sonra xəstəxanaya çatdırılıb
Onun reanimasiyaya yerləşdirildiyi və həyati vacib orqanlarının ciddi zədələndiyi bildirilir.
Polis gənci təhlükəli hərəkətə kiminsə təhrik edib-etmədiyini müəyyən etmək üçün restorandakı görüntüləri nəzərdən keçirəcəklər.
Hadisə ilə bağlı araşdırmalar davam edir.




















