“Ermənistan həmin vaxt substantiv danışıqları dayandırdı və münaqişəni əhalinin maraqlarını nəzərə alaraq həll etmək imkanı var idi. Cavab versinlər ki, bu, kimin günahı olub”.
Medialive xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan hökumətinin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı sənədləri dərc etməsinə münasibət bildirərkən deyib.
Zaxarova qeyd edib ki, Moskva heç vaxt Qarabağın müstəqilliyi və ya Ermənistana birləşdirilməsi ilə bağlı danışıqlar aparmayıb:
“İqor Popovun 2021-ci ildə medianın sualına cavabı ilə bağlı xatırlatmaq istərdim: Minsk Qrupunun o vaxtkı rusiyalı həmsədri əlində faktlarla Ermənistanın baş naziri Nikol Paşinyanın “44 günlük müharibənin mənşəyi” adlı məqaləsində Rusiyanın Azərbaycanın yeddi rayonun həlli təklifi olmadan geri qayıtması ilə bağlı dediklərini təkzib etmişdi. Qarabağın statusunun həlli reallıqda hər şey bir qədər fərqli idi, əgər tam əksi idisə, bunu Ermənistan hökumətinin internet saytında dərc olunmuş ilk mərhələyə dair bəyannamə layihəsini, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə layihəsini dəstəklədiyi, ABŞ və Fransanın bəyanat layihəsini diqqətlə oxumaqla asanlıqla təsdiqləmək olar” – deyə sözçü bildirib.
“Bu sənədlər hələ 2018-ci ilin mayında İrəvanda hakimiyyət dəyişikliyinə qədər Ermənistan-Azərbaycan danışıqları zamanı müzakirə olunub. Heç bir zaman tam razılıq əldə olunmasa da, tərəflərdən heç biri onları rədd etməyib” – deyə Zaxarova əlavə edib.
Zaxarova vurğulayıb ki, o vaxtdan bəri Rusiyanın deyil, Ermənistanın, daha doğrusu, rəhbərliyinin mövqeyi dəyişib.
O xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Praqa sammitinin yekun bəyanatında baş nazir Paşinyan Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıyıb. Bununla belə, diplomatın qeyd etdiyi kimi, sənəddə region əhalisinin hüquqları, azadlıqları, maraqları və ya qayğılarından bəhs edilmir. Eyni zamanda, 2020-ci ilin noyabrında Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağın statusu məsələsinin gələcək nəsillər üçün təxirə salınması ilə bağlı qeyri-rəsmi razılaşma da unudulub.
Onun sözlərinə görə, əldən verilmiş imkanlara görə kimin məsuliyyət daşıması təbii sualdır.
“Qoy bu dövlətin rəhbərləri vətəndaşlarının bu sualına cavab versinlər”, – diplomat yekunlaşdırıb.




















