“Vampirlər, hətta deyə bilərəm ki, Brüssel vampirləri. Onlar normal insanların üzərinə sürünərək deyirlər: “İstəsən, səni dişləyək və sən də bizim kimi ol. Güzgülərdə əksini görməyəcəksən, günəş işığından qorxacaqsan”.
Medialive xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Komissiyasının Prezidenti Kaya Kallasın Aİ-nin ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistanın Rusiyaya müqavimətini artırmaq üçün 15 milyon avro ayıracağını, həmçinin Aİ-nin ali komissarı Marta Kosun Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 500 milyon avro sərmayə qoyacağı barədə fikirlərinə münasibət bildirərək deyib.
“Avropa İttifaqının nümayəndələri Kaya Kallas və Marta Kos sözün əsl mənasında özlərini ifşa etdilər: onların bəyanatları bir daha sübut edir ki, Brüsselin İrəvanla qarşılıqlı əlaqədə yeganə məqsədi, əslində, Ermənistanın Rusiya ilə münasibətlərinə xələl gətirməkdir”, – deyə Zaxarova qeyd edib.




















