Kiyev İstanbulda keçirilən bir sıra görüşlərdən sonra de-fakto dayandırılmış Rusiya ilə sülh danışıqlarını bərpa etmək niyyətindədir.
Medialive xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Bu məqsədlə Ukrayna lideri bir sıra görüşlər üçün noyabrın 19-da Türkiyəyə gedəcək.
“Biz danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həllər hazırlamışıq. Müharibəni sona çatdırmaq üçün əlimizdən gələni etmək Ukraynanın əsas prioritetidir”, – Zelenski vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, onun administrasiyası məhbus mübadiləsinin bərpası üzərində işləyir.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkof da Türkiyəyə gələcək.
Onun Zelenski ilə danışıqlarda iştirak edəcəyi gözlənilir.




















