Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisinə uzaqmənzilli zərbələrin spektrini genişləndirməklə hədələyib.
Medialive xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat xidməti Telegram-da yazıb.
“Biz müəyyən müddət ərzində uzaq məsafədən zərbələrimizin effektivliyini və əldə olunan nəticələri təhlil etdik. Biz uzaqmənzilli imkanlarımızın coğrafi miqyasını genişləndirmək üçün məqsədlər müəyyən etdik”, – deyə bildirilib.
Məlumata görə, Zelenskiyə Rusiyanın Ukraynanın enerji sektoruna hücumları ilə bağlı hesabat təqdim edilib.




















