“Ukraynada rusların 650-dən çox dronu var. Bunların əksər hissəsi əhalimizi məhv edir”.
Medialive xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial medaida paylaşım edərək Rusiyanın kütləvi hücumunun miqyası barədə məlumat verib.
Zelenski qeyd edib ki, hücum əsasən enerji sektoruna, mülki infrastruktura yönəlib.
O, həmçinin Kiyev, Xmelnitski və Jitomir bölgələrində üç nəfərin ölümü ilə bağlı məlumatları da təsdiqləyib.




















