“Kiyev tərəfdaşlarından təhlükəsizlik zəmanətləri, o cümlədən monitorinq və onların iştirakı alana qədər Ukraynada hərbi vəziyyət ləğv edilməyəcək”.
Medialive xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O əlavə edib ki, belə bir qərar qəbul edilərkən hərbi komandanlığın rəyi nəzərə alınacaq. Zelenskinin sözlərinə görə, Kiyev 20 maddəlik sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda təhlükəsizlik zəmanətləri almağı gözləyir.




















