İyunun 6-da (06.06.2026-cı il şənbə günü) Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 556 nikahın bağlanması dövlət qeydiyyatına alınıb.
Medialive.az xəbər verir ki, bu barədə Modern.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycanda son rəsmi statistikaya əsasən, gündəlik orta hesabla 130-135 cütlük (təxminən 270 nəfər) rəsmi olaraq evlənir. Bu rəqəm il ərzində qeydə alınan ümumi nikah göstəricilərinin günlərə bölünməsi ilə hesablanır.




















