2026-cı ildə təxminən 318 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşə bilər ki, bu da 2019-cu ilin göstəricisindən iki dəfə çoxdur.
Medialive xəbər verir ki, bu barədə məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) hesabatında öz əksini tapıb.
“Lakin qlobal miqyasda humanitar maliyyələşdirmənin azalması ÜƏP-ni ehtiyacı olanların təxminən üçdə birinə ərzaq yardımına üstünlük verməyə məcbur edir. 2026-cı ildə təşkilat 110 milyon ən həssas insana çatmağı planlaşdırır və təxminən 13 milyard dollar ayırır”, – ÜƏP-in bəyanatında deyilir.




















