Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi evdə baş verən yanğında 12 nəfər həlak olub.
Medialive Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Təcili yardım briqadaları dərhal hadisə yerində gəlib.
Faktla bağlı araşdırmalara başlanılıb, yanğının səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanğın zamanı ölənlərin yaxınlarına başsağlığı verib,




















