Bəzi elektron siqaret şirkətləri böyük qazanc əldə etmək üçün məhsullarını gənclərə aktiv şəkildə satırlar.
Medialive xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən ÜST-nin Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 11-ci sessiyası çərçivəsində keçirilən görüşdə deyib.
O bildirib ki, bu vəziyyətdə məktəblər tütün və nikotinə qarşı mübarizədə yeni cəbhə xəttinə çevrilib.
Qebreyesus əlavə edib ki, elektron siqaret istehsalçıları insanların tütündən daha az zərərli olduğuna inanmalarını istəyir. Yeniyetmələrə asılılıq yaradan və zəhərli məhsulların marketinqi zərəri azaltmaq deyil, zərər yaratmaqdır. Bu məhsulları istehsal edən şirkətlər zərərin azaldılması və ya ictimai sağlamlıq maraqları ilə motivasiya olunmur. Onları yalnız bir şey motivasiya edir: səhmdarları üçün nəhəng gəlir əldə etmək – deyə ÜST rəhbəri bildirib.
O xatırladıb ki, dünyada demək olar ki, 15 milyon yeniyetmə elektron siqaretdən istifadə edir.
Üstəlik, məlumatların mövcud olduğu 63 ölkədə yetkinlər arasında siqaretin yayılması, böyüklər arasından orta hesabla doqquz dəfə çoxdur.
Qeyd edək ki, 2003-cü ildə ÜST-nin himayəsi altında Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası qəbul edilib.
Bu sənədin məqsədi indiki və gələcək nəsilləri tütün istehlakının və tütün tüstüsünə məruz qalmanın nəticələrindən qorumaqdır.




















