Polşa 2025-ci ilin sonuna kimi Ukraynaya ABŞ silahlarının alınması üçün 100 milyon dollar ayıracaq.
Medialive xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə açıqlamasında deyib.
“Mən ilin sonuna qədər Xarici İşlər Nazirliyinin büdcəsindən PURL proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün 100 milyon dollar köçürməyi planlaşdırıram”, – deyə Sikorski bildirib.
Qeyd edək ki, iyulda ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Avropa ölkələri Ukraynaya hərbi yardımın göstərilməsi üçün yeni sxem üzrə razılığa gəliblər: ABŞ-nin silah tədarükü NATO tərəfindən ödəniləcək.




















