CANLI
Sosial

Həmin şəxslər 200 manat cərimə oluna bilərlər

Uşaqlara qarşı fiziki zorakılığın qarşısının alınmasına yönəlmiş yeni qaydalar tətbiq edilib. Qanunvericilikdəki dəyişikliklərə əsasən, uşaqlarını fiziki olaraq cəzalandıran valideynlər 200 manat cərimə ilə üzləşirlər.

Medialive.az-ın Milli.az-a istinadən verdiyi məlumata görə , ekspertlər hesab edirlər ki, bu cür halların uşaqlar üçün nəticələri müxtəlifdir və onların psixoloji vəziyyətindən asılıdır. Bəzi uşaqlar qorxu səbəbindən davranış dəyişiklikləri ilə qarşılaşa bilər, digərləri isə əks reaksiya – artan aqressivliklə qarşılaşa bilər. Buna görə də, təkcə cərimələr sisteminin problemi tam həll etməsinin mümkün olmadığı düşünülür.

Məsələ ilə bağlı şərh verən vəkil Mircavid Miriyev qeyd edib ki, əgər valideynin hərəkətləri düzgün tərbiyə çərçivəsindən kənara çıxarsa və zorakılıq təşkil edərsə, uşağın sağlamlığına zərər vurulduğu sübut olunarsa, iş inzibati deyil, cinayət hesab olunur və qanuna uyğun olaraq daha sərt tədbirlər tətbiq olunur.

Mütəxəssislər vurğulayırlar ki, uşaqları zorakılıqdan qorumaq üçün təkcə hüquqi sanksiyalar deyil, həm də maarifləndirmə səyləri və psixoloji yanaşmalar vacibdir.
loginmatikloginmatiksonbahissonbahis girişsonbahissonbahis girişsonbahissonbahis girişsonbahissonbahis giriş