Macarıstan ABŞ-nin Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni planında Qərbin Rusiyaya qarşı sanksiyalarının ləğvini ehtiva etməsini vacib sayır.
Medialive xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə bir sıra ikitərəfli görüşlərdən sonra jurnalistlərlə söhbətində danışıb.
“Bu plan dünyanın bloklara bölünməsinə gətirib çıxarmır ki, bu da biz macarlar üçün pis xəbər olardı, amma münasibətlərin bərpasına gətirib çıxarır, çünki söhbət sanksiyaların ləğvindən və Rusiyanın qlobal iqtisadiyyata reinteqrasiyasından gedir”, – deyə Siyarto M1 telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.
O, bunun təkcə Rusiya üçün deyil, digər Avropa ölkələri, o cümlədən Macarıstan üçün də vacib olduğunu vurğulayıb.
“Sülh Ukraynada heç bir əlaqəsi olmayan müharibə nəticəsində son üç il yarım ərzində böyük zərər çəkən Macarıstanın təhlükəsizlik və iqtisadi maraqlarına uyğundur”, – Siyarto qeyd edib.




















