CANLI
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində çalışan əməkdaşların əməkhaqlarının ödənilməsində gecikmələr yaranıb.
Bakupost.az-a daxil olan məlumata görə, yaranmış vəziyyət qurumda baş verən rəhbərlik dəyişiklikləri və paralel şəkildə aparılan genişmiqyaslı yoxlamalarla əlaqələndirilir.
Bildirilir ki, hazırda Agentlikdə maliyyə sənədlərinin təftişi həyata keçirilir və bu proses əməkhaqlarının vaxtında köçürülməsinə təsir göstərib.
Məsələ ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.
Əməkdaşlar arasında narahatlıq artmaqdadır və vəziyyətin yaxın günlərdə aydınlaşacağı gözlənilir.
Qeyd edək ki, Agentliyin sədri Saleh Məmmədov bu ilin fevralın 6-da vəzifəsindən azad edilib. Onun yerinə Anar Rzayev sədr təyin olunub.
taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izleselçuk sportsselçuk sportsselçuk sportsselçuk sportstoptan kozmetikkozmetik depomtaraftarium24taraftarium24 girişcanlı maç izle