İranın Semnan vilayətində iki qadına təcavüz etməkdə təqsirli bilinən şəxs edam edilib.
Medialive ISNA-ya istinadən xəbər verir ki, bu barədə vilayət məhkəməsi qərar verib.
Edam bu gün səhər saatlarında həyata keçirilib.
Hərtərəfli və yaxşı sənədləşdirilmiş araşdırmadan sonra Şahrud şəhərində yerləşən Semnan əyalətinin Birinci İnstansiya Cinayət Məhkəməsi həmin şəxsi təqsirli bilib və ölüm hökmü çıxarıb.




















