Ukrayna hökuməti noyabrda ABŞ-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş gözləyir.
Medialive xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerov sosial şəbəkədə yazıb.
“Biz son mərhələləri başa çatdırmaq və prezident Trampla razılığa gəlmək üçün noyabrda mümkün olan ən tez zamanda Ukrayna prezidentinin ABŞyəa səfərini təşkil etməyi gözləyirik”, – deyə Umerov bildirib.
Təhlükəsizlik katibi qeyd edib ki, Ukrayna tərəfi Ukrayna və Amerika nümayəndə heyətləri arasında Cenevrədə keçirilən məhsuldar və konstruktiv görüşləri, eləcə də prezident Trampın müharibəni dayandırmaq üçün davamlı səylərini yüksək qiymətləndirir.




















