Vyetnamın mərkəzində leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 98-ə çatıb, 10 nəfər itkin düşüb.
Medialive Xinhua-ya istinadən xəbər verir ki, 2000-dən çox evə ziyan dəyib, daha 426 ev isə uçub.
51,8 min hektardan çox çəltik və digər əkin sahələrini su basıb.
920 mindən çox mal-qara və ev quşları tələf olub və ya məhv edilib.
İqtisadi itkilər 570 milyon dollardan çox qiymətləndirilir.




















