Bu günə qədər bir milyon rusiyalı öldürülüb və ya ağır yaralanıb.
Medialive xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte RND media qrupu və İspaniyanın El Pais qəzetinə müsahibəsində deyib.
O əlavə edib ki, Rusiya hər ay 20 minə yaxın əsgər itirir.
“Ukrayna tərəfində də çoxlu ölü və yaralı var”, – NATO-nun baş katibi vurğulayıb.
NATO baş katibinin sözlərinə görə, Trampın sülh planı Rusiya ilə sülh razılaşmasının əldə oluna biləcəyi vəziyyətə aparan yolun işlənib hazırlanması üçün əsasdır.
“Paralel olaraq, Aİ və NATO səviyyəsində müzakirələr gedir, lakin bunlar ABŞ və Ukrayna arasında aparılan danışıqlarla bağlı deyil”, – o, aydınlıq gətirib.




















