Zəngəzur Dəhlizi 2030-cu ilə qədər istifadəyə veriləcək.
Medialive.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülqadir Uraloğlu açıqlayıb.
O bildirib ki, Türkiyə Orta Dəhlizin vacib bir hissəsini təşkil edir və bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 gündə çatdırıla biləcək.
Nazir əlavə edib ki, 10 illik proqnozlara əsasən, təkcə İnkişaf Yolları layihəsi 50 milyard dollar gəlir gətirəcək və hər il 60 mindən çox əlavə iş yeri yaradacaq.




















