CANLI
İdman

Türkiyə son oyununa çıxır – Saat neçədə, hansı telekanalda yayımlanacaq?

Türkiyə milli komandası sabah Dünya Çempionatının qrup mərhələsində son oyununa çıxacaq. 

Medialive.az xəbər verir ki, Türkiyə yığması Amerika millisi ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 06:00-da keçiriləcək. Matç Kaliforniya ştatında yerləşən 70 min azarkeş tutumuna malik Sofi stadionunda baş tutacaq.

Qarşılaşma İTV və Türkiyənin TRT1 telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Türkiyə millisi ilk oyunda Avstraliyaya 0-2 hesabı ilə, ikinci oyunda isə Paraquaya 0-1 hesabı ilə məğlub olaraq Dünya Çempionatında qrup mərhələsindən çıxma şansını itirmişdi.