Adolf Hitler Uunona adlı Namibiya siyasətçisi ölkə regionlarından birinin rəhbəri postuna namizədliyini irəli sürüb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, 59 yaşlı Uunona 2020-ci ildə 85% səslə böyük qələbə qazandığı Ompundjanın şimal seçki dairəsində SWAPO (Cənubi Qərbi Afrika Xalq Təşkilatı) partiyasından yenidən namizədliyini irəli sürür.
İlkin proqnozlar onun yenidən qalib gəlmə ehtimalının olduğunu göstərib.
Soyadına baxmayaraq, Uunonanın keçmiş Almaniya faşist diktaturasının rəhbəri Adolf Hitlerlə heç bir bağlılığı yoxdur.
2020-ci ildə Almaniyanın Bild qəzetinə verdiyi müsahibədə o, Adolf Hitlerin ideologiyası ilə heç bir əlaqəsi olmadığını iddia edib və atasının tarixi əhəmiyyətini dərk etmədən bu adı seçdiyini izah edib.




















