NATO və Avropa Birliyi nə qədər çılğın görünsə də, Rusiya ilə böyük müharibəyə hazırlaşır.
Medialive TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Belçikadakı səfiri Denis Qonçar deyib.
“NATO öz əhalisini Kremlin mövcud olmayan alyans ölkələrinə hücum planları ilə qorxutmaqla, nə qədər ağılsız görünsə də, Rusiya ilə böyük müharibəyə hazırlaşmağa başlayıb. Aİ cilovsuz militarizasiyaya can atır, sülh və rifah naminə vahid Avropanın ilkin konsepsiyasını dəfn edir, Aİ-ni NATO-nun əlavəsinə çevirir və nəticədə Avropa sürətlə qlobal çəki itirir”, – deyə səfir vurğulayıb.
Səfir bəyan edib ki, Rusiya qarşıdurmaya can atmır, lakin Avrasiyada vahid təhlükəsizlik arxitekturası qurmaq üçün həmfikir tərəfdaşlarla işləyir.
O, əlavə edib ki, Rusiya dəfələrlə NATO-ya üzv dövlətlərə qarşılıqlı təhlükəsizlik zəmanətləri ilə bağlı hüquqi cəhətdən məcburi müqavilələr bağlamaq istəyib, lakin bütün təşəbbüsləri təkəbbürlə rədd edilib.




















