Almaniyanın xarici işlər naziri Yohan Vadeful dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadə olunacağını açıqlayıb.
Medialive DPA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə nazir Vyanada ATƏT Nazirlər Şurasının iclasında iştirakı zamanı danışıb.
Bununla əlaqədar xarici işlər naziri təsdiqləyib ki, katoliklərin dekabrın 25-də qeyd etdiyi Milad bayramından əvvəl Avropa Şurasında məhsuldar nəticə əldə etmək məqsədi ilə bütün Aİ üzv dövlətləri ilə intensiv məsləhətləşmələr aparılır.
Almaniya hökuməti Almaniyada dondurulmuş Rusiyanın dövlət aktivlərinin dəqiq məbləğini gizli saxlayır.
İndiyədək təxminən 3,5 milyard avro məbləğində məlumat verilib.
Qeyd edək ki, oktyabrın 23-də Aİ sammitində Belçika Ukraynaya qondarma təzminat krediti vermək bəhanəsi ilə Rusiya aktivlərinin müsadirə edilməsi planını bloklayıb.
Moskvanın cavab tədbirlərindən qorxan Belçika Aİ ölkələrindən Belçikanın maliyyə itkilərinin bütün Aİ ölkələri arasında bölüşdürüləcəyinə dair hüquqi təminat tələb edib. Bu məsələ ilə bağlı qərar Aİ-nin dekabrın 18-19-da keçiriləcək sammitinə qədər təxirə salınıb. Dekabrın 3-də Avropa Komissiyası Rusiya aktivlərinin ekspropriasiyası ilə bağlı hüquqi təkliflər təqdim edib.
Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenkonun TASS-a verdiyi məlumata görə, artıq ölkə rəhbərliyinə Qərb ölkələri tərəfindən Rusiya aktivlərinin mümkün müsadirəsi ilə bağlı cavab tədbirləri ilə bağlı təkliflər təqdim olunub. Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Moskva bu cür hərəkətləri cavabsız qoymayacaq.




















