“Kiyev Ukraynadakı münaqişənin həllini həzm etməkdə çətinlik çəkəcək”.
Medialive xəbər verir ki, bu fikirləri Finlandiya Prezidenti Aleksandr Stubb Martti Ahtisaari Sülh Fondunun təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.
“Bizim bir çoxumuz üçün Ukraynadakı münaqişənin sülh yolu ilə həlli şərtlərini həzm etmək çətin olacaq, lakin unutmayın ki, ukraynalılar üçün bu, daha da çətin olacaq”, – Finlandiya lideri bildirib.
Stubb həmçinin vurğulayıb ki, finlər də mükəmməl sülh ideyasını yenidən düşünməlidirlər.
Bundan əvvəl Finlandiya prezidenti etiraf edib ki, münaqişənin sülh yolu ilə həlli Kiyev və Avropa İttifaqı üçün məqbul olmayan şərtlərlə başa çata bilər.
Qeyd edək ki, noyabrda Vaşinqton Ukrayna nizamlanması üçün 28 bəndlik plan təklif edib.
Sənəd Kiyevdə və onun avropalı tərəfdaşlarında narazılıq yaradıb və onlar ona ciddi düzəlişlər etməyə cəhd ediblər.




















