Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri Rusiya-Hindistan tərəfdaşlığını gücləndirəcək.
Medialive xəbər verir ki, bunu Hindistanın Müdafiə Naziri Racnat Sinq Rusiya Müdafiə Naziri Andrey Belousovla görüşündə deyib.
“Əminəm ki, bu görüş ölkələrimiz arasında xüsusi və imtiyazlı tərəfdaşlığı daha da gücləndirəcək”, – deyə Sinq qeyd edib.
Rusiya və Hindistanın müdafiə nazirləri Putinin Nyu-Dehliyə dövlət səfəri çərçivəsində hərbi-texniki əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın iclasını keçirirlər.




















